Rusiya xarici işlər naziri Sergey Lavrov "iPhone"dan imtina edib.

İqtisadiyyat.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Nazir istifadə etdiyi "iPhone"u başqa smartfona dəyişdiyini açıqlayıb.

Xatırladaq ki, Rusiyanın bir sıra təşkilat və idarələri daha əvvəl "iPhone"ların iş məqsədləri üçün istifadəsinə qadağa qoyub. Xüsusilə, Sənaye və Ticarət Nazirliyi, Nəqliyyat Nazirliyi və Mərkəzi Seçki Komissiyası işçilərinə "iPhone"dan istifadə qadağan edilib.

 

Gözəl Həşimova