"ABŞ-nin keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi Avropa üçün təhdid yarada bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard “France 2”ə müsahibəsində bəyan edib.

Laqard şərh edib ki, Trampın 4 illik hakimiyyətdə etdiyi hərəkətlərdən dərs alınsa, onun yenidən prezident seçilməsi Avropa üçün təhlükə yarada bilər:

"Gömrük tariflərinə, NATO-ya xidmət öhdəliyinə və iqlim dəyişikliyi ilə mübarizəyə baxmaq kifayətdir. Təkcə bu 3 sahədə belə tarixən ABŞ-nin maraqları Avropanın maraqları ilə üst-üstə düşməyib".

 

Gözəl Həşimova