Rəsmi İrəvan müxtəlif beynəlxalq instansiyalara, təşkilatlara müraciət edərək Azərbaycanın  Laçın yolunu blokadada saxlaması ilə bağlı iddialar irəli sürür. Bununla bağlı Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə dəfələrlə müraciət etsə də, məhkəmə Azərbaycanın təqdim etdiyi sübutlar və gətirdiyi arqumentlərlə tam razılaşaraq onların vəsatətini yekdilliklə rədd edib.

 

Laçın yolundakı vəziyyətlə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

Onun sözlərinə görə, Laçın sərhəd-keçid məntəqəsindən erməni sakinlərin gediş-gəlişinə və humanitar yüklərin daşınmasına lazımi şərait yaradılıb:

"Laçında heç bir blokdadan söhbət gedə bilməz. Sosial şəbəkələrdə Xankəndinə aid şəkillər və videolara sıx rast gəlmək mümkündür. Həmin görüntülər göstərir ki, ermənilər blokada şəraitində yaşamırlar. Azərbaycan dövləti erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolunu təklif etsə də, ermənilər israrla bununla razılaşmır. Halbuki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu təklifi dəstəkləyib və bildirib ki, Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etmək istəyirlər.  Hərçənd  ki, Avropa İttifaqının aparıcı üzvlərindən biri olan Fransanın Azərbaycana münasibəti məlumdur. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, Fransa artıq Ermənistana vəkillik edir. Hesab edirəm ki, müəyyən müddətdən sonra humanitar yardımın Ağdam-Xankəndi yolu ilə daşınması mümkün olacaq. Hazırda proses Azərbaycanın maraqlarına uyğun istiqamətdə davam edir".

Gülşən Şərif