Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi bağlamağa yardım cəhdlərini davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, bu, regionda vəziyyətin sabitləşməsi üçün lazımdır.

Bundan başqa, Kremlin mətbuat katibi Dmitri Peskov  Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanmasına da toxunub.

O, bu addım bəyənilən olmadığını vurğulayaraq “Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”, deyə qeyd edib.