"Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşünün Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına kömək edəcəyinə ümid edirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əlavə, Peskov regiondakı Rusiya sülhməramlılarının fəaliyyətindən də danışıb: "Qarabağdakı Rusiya sülhməramlıları əsl qəhrəmanlıq göstərirlər, heç kim onları öz vəzifələrini yerinə yetirməməkdə qınaya bilməz".

Peskov hələlik Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı konkret planların olmadığını da əlavə edib.

 

Gözəl Həşimova