"ABŞ Konqresi Ukraynaya dəstəyi özündə əks etdirməyən İsrailə yardım layihəsini təsdiq edərsə, ABŞ prezidenti Co Bayden veto hüququndan istifadə edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Prezident yalnız İsrailə yardım ayırmağı nəzərdə tutan qanun layihəsinə veto qoyacaq. Düşünürəm ki, biz bunu açıq şəkildə ifadə etdik", - Kirbi bildirib. 

O əlavə edib ki, Bayden edilən bütün əlavə sorğuların kritik təhlükəsizlik ehtiyacları üçün olduğuna əmindir: "Prezident onların hamısının nəzərə alınmasını, Konqres tərəfindən eyni zamanda hərəkətə keçməsini istəyir".