Cəlilabadda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.