İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli KOB-ların təhsil, elm və tədqiqat istiqamətləri üzrə 26 layihəsinin maliyyələşdirilməsinə 500 min manatdan çox qrant ayırıb.

Bunu Agentliyin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Belə layihələrə maliyyə dəstəyi verilməsi 2022-ci ildə də davam etdirilib. Bu məqsədlə keçirdiyimiz 2-ci qrant müsabiqəsinə təqdim edilmiş layihələrdən 12-si maliyyələşdirilib. Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Hazırda 3-cü qrant müsabiqəsinə təqdim olunmuş layihələrin qiymətləndirilməsi həyata keçirilir və nəticələr fevral ayında elan olunacaq", - deyə o qeyd edib.