Bir qrup diversantın Livanın cənubundan İsrail ərazilərinə sızması barədə xəbərlərdən sonra İsrail ordusunun artilleriyası Livan ərazisini atəşə tutub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Wataniya" məlumat yayıb.

Məlumata görə , İsrail qüvvələri Livanın cənubundakı Ayt əş-Şaab və əl-Xiyam kəndləri yaxınlığındakı qərb sektorunu atəşə tutur.

Bundan əvvəl İsrail ordusu sərhəddə atışma zamanı hərbçilərin Livanla sərhəddən ölkəyə daxil olan iki silahlı şəxsi məhv etdiyini, bir nəfərin isə yaralandığını bildirib. Dubay mərkəzli "Al Hadath" telekanalının məlumatına görə , dördüncü yaraqlı Livan ərazisinə qaça bilib.

"Al Hadath"ın verdiyi məlumata görə, Livanın cənubundan İsrailə doğru ən azı 12 raket atılıb. Telekanal raket zərbəsini kimin həyata keçirdiyini dəqiqləşdirməyib. İsrail ordusu Livanın cənubundan atılan mərmilərlə bağlı xəbərləri təsdiqləməyib.