Livanın cənubundakı Əl-Mirvahan bölgəsində İsrailin hava hücumu nəticəsində Hizbullah terror təşkilatının silahlı qanadının üzvü öldürülüb. 

İqtisadiyyat.az xəbər verir ki, "Al Nashra" xəbər portalının verdiyi məlumata görə, onun ölüm faktı təşkilatdakı mənbələr tərəfindən təsdiqlənib.

Portalın məlumatına görə, fələstinlilər Şimali Qaliley ərazisinə daxil olmaq istəsələr də, İsrail sərhədçiləri tərəfindən bunun qarşısı alınıb. Qarşıdurma zamanı iki nəfər ölüb, biri yaralanıb, digəri isə Livan ərazisinə qaçıb.