İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Beytləhm, Nablus, Hebron və Tulkərm şəhərlərində genişmiqyaslı reyd keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, ağır buldozerlərin müşayiəti ilə İsrail hərbçilərinin böyük kontingenti reyddə iştirak edib. İsrail ordusunun 40-a yaxın texnikasının Nur Şəms qaçqın düşərgəsinə daxil olmasına dair sübutlar olduğu əlavə edilib. 

Həmçinin bir neçə bölgədə Fələstin müqavimət döyüşçüləri ilə İsrail işğalçı qüvvələri arasında şiddətli toqquşmaların və döyüşlərin getdiyi bildirilib.