"ABŞ prezidenti Co Bayden sentyabr ayında ATACMS raketlərini Ukraynaya ötürməyə hazır olduğunu bəyan edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu "New Yorker" jurnalı iddia edib.

Nəşrin sözlərinə görə, sentyabr ayında, Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona ikinci səfərindən bir qədər əvvəl Bayden bu ideyaya qarşı təxminən bir il müqavimət göstərdikdən sonra ATACMS-in Ukraynaya göndərilməsini təsdiqləyib. 

Jurnal iddia edir ki, Amerika lideri əvvəllər raketlər göndərməyə hazır olmayıb, çünki onların göndərilməsinin münaqişənin gərginləşməsinə səbəb ola biləcəyindən qorxub.

Eyni zamanda, sentyabrın əvvəlində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan bildirmişdi ki, Bayden Vaşinqtonun hələlik ATACMS-i Kiyevə ötürməyəcəyinə qərar verib, lakin Amerika lideri gələcəkdə belə tədarüklərin mümkünlüyünü nəzərdən keçirəcək.