"Şimali Koreyanın rəqiblərinin ehtiyatsız siyasəti" hər an Koreya yarımadasında müharibəyə səbəb ola bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"Koreya İşçi Partiyasının baş katibi bəyan etdi ki, ABŞ və Cənubi Koreya nəhayət bizimlə hərbi qarşıdurmaya cəhd edərsə, nüvə müharibəsindən çəkindirici qüvvələrimiz ciddi tədbirlər görməkdən çəkinməyəcək. Düşmənlərin Şimalın işğalını təhrik etmək məqsədi daşıyan ehtiyatsız siyasətləri Koreya yarımadasında hər an müharibə başlada bilər", – KCNA bildirir.

"Əgər biz düşmən qüvvələrin atdığı qarşıdurma xarakterli hərbi addımlara və Koreya yarımadasında hər saat pisləşən təhlükəli vəziyyətə yaxından nəzər salsaq, bizim üçün "müharibə" sözü abstraksiya deyil, həqiqətən yaxınlaşan reallıq olacaq", - Kim Çen İn qeyd edib.

ABŞ-la münasibətlərdən danışarkən, o, "gücə cavab olaraq güc" prinsipini təkrarlayıb və "super sərt hücum kurs" yürütmək niyyətində olduğunu söyləyib. Kim Çen İn Amerikanın strateji aktivlərinin Koreya yarımadasının cənubunda yerləşdirilməsini və ABŞ ilə Koreya Respublikası arasında birgə təlimləri də pisləyib.