Keniyanın Mombasa limanında yanacaq tankerində partlayış baş verib.

İqtisadiyyat.az “The Daily Nation” qəzetinə istinadla xəbər verir ki, gəmi Mombasanın Livatoni limanında lövbər salıbmış.

Şəhərin sahilyanı ərazilərində hiss edilən partlayış nəticəsində bir nəfər yaralanıb. Gəmidəki yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Partlayışın çənlərdə qaz toplanması səbəbindən baş verdiyi təxmin edilir.