İyulun 21-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-676-48-49) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələnlər şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.