Yevlax rayonunda intihar hadisəsi baş verib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kövər kəndində qeydə alınıb. 

Belə ki, Kəlbəcər rayonu Ağcakənd kəndindən məcburi köçkün olan 1974-cü il təvəllüdlü Xəlilov Nəsimi Çıraq oğlu yaşadığı evdə  özünü asaraq intihar edib. 

Onun psixoloji problemlərinin olduğu bildirilib. 

Faktla bağlı araşdırma aparılır.