"Hazırkı iqtidar öz səriştəsiz xarici və daxili siyasəti nəticəsində hətta Ermənistanın özündə nəyisə gerçəkləşdirməyə qadir deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qondarma qurumun “keçmiş xarici işlər naziri” Karen Mirzoyan danışıb.

O, elan edilmiş atəşkəsin perspektivlərinə şübhə ilə yanaşdığını bildirib.

Mirzoyanın fikrincə, “Bakı İrəvanı təkcə regionda deyil, bütün dünyada faktor kimi sıradan çıxarmağa yönəlmiş siyasətini davam etdirəcək”.

Karen Mirzoyan hələ də hansısa imkanların qaldığından bəhs edib. Ancaq o, bu imkanların Paşinyan iqtidarında olmayacağını bildirib.

“Çətin ki, Paşinyanın tutduğu kursdan fərqli addımlar atsın. O, müəyyən siyasi məqsədlər güdür və bu yolda heç nə ilə dayanmayacaq. Hazırkı iqtidar öz səriştəsiz xarici və daxili siyasəti nəticəsində hətta Ermənistanın özündə nəyisə gerçəkləşdirməyə qadir deyil. Azərbaycan rahatlıqla Ermənistanı zavodun tikintisini başqa yerə köçürməyə vadar edə, Ermənistanda müəyyən qanunların tətbiqini və ya tətbiq edilməməsini tələb edə bilər”, - deyə Mirzoyan yekunlaşdırıb.