“Kapital Bank” ASC namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
- KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
- Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatlar aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
- Riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət etmək;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Tələblər
- Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
- Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
- CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
- Kompüter bilikləri (MS Office, Internet);
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Bank qanunvericiliyini.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr@kapitalbank.az elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.