Dünən saxlanılan jurnalist Şahin Rzayev azadlığa buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkə hesabında bildirib.

Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Şahin Rzayev dünən məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs edilib.

Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayətə baxıb, həbs qərarı cərimə ilə əvəzlənib.