Azərbaycan Respublikasının Baş Prokurorluğunda itkin düşən şəxslərlə bağlı brifinq keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, brifinqdə Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı müzakirələr aparılır.

Brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev iştirak edirlər.
Baku TV-nin brifinqdən canlı yayımını təqdim edirik: