"Birinci Qarabağ müharibəsində 62 ailənin hər birinin 2 və ya 7 üzvü itkin düşüb". 

İqtisadiyyat.az xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransda çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, Bu günə qədər Birinci Qarabağ müharibəsində itkin düşmüş 62 ailənin üzvlərinin taleyi barədə məlumat yoxdur.  Ermənistan tərəfindən BMT-nin məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməməsində əsas rol oynayıb.

Qurum rəsmi öz çıxışı zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlayıb. Həmin şəxslərə Tahirov Seyfulla Veytulla oğlu, Atamoğlanov Əbülfət Sabir oğlu, Hacıyev Təhsil Fikram oğlu, Əsədov Vüqar Habil oğlu, Babaşov Əhməd Tahir oğlu, Xələfov Cahangir Məmi oğlu, Nağıyev Cahid Şəfa oğlu, Məmmədov Elmar İnqilab oğlu, Qasımov Veysəl Qasım oğlu və Riad Əhmədov Fikrət oğlu daxildir.

Gülşən Şərif