İtaliyanın cənubunda 3,6-4,1 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutu (Ingv) məlumat yayıb.

Məlumata görə, zəlzələ bu gün səhər saatlarında Reggio Kalabria əyalətində qeydə alınıb.

Tələfat və dağıntılar barədə isə məlumat yoxdur.

 

Gözəl Həşimova