İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Azərbaycan və Ermənistan hakimiyyətinə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üçün Romanın vasitəçiliyini təklif edib. 

İqtisadiyyat.az xəbər verir ki, o, xüsusilə, iki dövlətin xarici işlər nazirliklərinin rəhbərlərini İtaliya paytaxtında görüşə dəvət edib.

Tajani BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib: "Dünən mən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdüm və onlara İtaliyanın vasitəçiliyini, xüsusən də Romada görüş təklif etdim. İtaliya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, hər iki nazir Romada görüşə maraq və hazır olduqlarını bildiriblər".

"Bu gün biz Azərbaycan və Ermənistan hökumətlərinə İtaliyanın təklifini əks etdirən sənəd göndərəcəyik", - Tajani əlavə edib.