"Afrika ölkələrində yaşanan qeyri-sabitlik Avropa üçün risklər daşıyır".

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto İspaniyanın Toledo şəhərində baş tutan Avropa İttifaqı (Aİ) müdafiə rəhbərlərinin qeyri-rəsmi toplantısında bildirib.

"Hər dəfə Afrika ölkələrindən hər hansı biri qeyri-sabitliklə üzləşdikdə Avropa üçün risk artır. Terrorçuların, cinayətkarların, insan və silah alverçilərinin meydana çıxma riski peyda olur", - İtaliyanın Müdafiə Nazirliyi Krosettodan sitat gətirib.

Krosettoya görə, Avropa İttifaqı vətəndaşlarına hələlik təsir göstərməyən, lakin yaxın gələcəkdə yaşana biləcək çoxsaylı problemləri həll etmək üçün siyasi oyunçuya çevrilməlidir.