"Ümumilikdə təxminən min nəfər olan İtaliya kontingenti hələlik Livanda qalacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliya ordusuna səfəri zamanı Birləşmiş Ali Əməliyyatlar Komandanlığının rəhbəri, general Françesko Filluolo deyib.

"Hazırda missiyanın davam etdirilməsi üçün hər cür şərait var. Biz missiyanın gedişatını böyük diqqətlə izləyirik və müdafiə naziri Guido Crosetto ilə daim əlaqə saxlayırıq", - o, dövlət televiziyası RAI- yə müsahibəsində deyib.

"Missiya davam edir. Belə böhran anlarında mülki əhaliyə kömək edən, maddi-texniki dəstək verən BMT qüvvələrinin olması vacibdir", - Filluolo vurğulayıb.

Qeyd edək ki, Livandakı İtaliya ordusu BMT-nin Müvəqqəti Qüvvələri kontingentinin bir hissəsidir.