İsveçrə Alp dağlarında bələdçi və turistləri daşıyan helikopter qəzaya uğrayıb.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, xizəkçiləri eniş yerinə aparan helikopter 3668 metr hündürlükdə eniş yerindən yuvarlanaraq dağa çırpılıb.

Qeyd edilib ki, helikopterdə 6 nəfər olub. Hadisə nəticəsində onlardan 3-ü həlak olub. digərləri isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.