Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbulda katolik kilsəsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 47 nəfərin saxlanıldığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, kilsəyə hücumdan sonra polis genişmiqyaslı əməliyyata başlayıb və əticədə 30 ünvanda 47 nəfər saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, kilsəyə hücumda şübhəli bilinən iki nəfər əcnəbidir. Onlardan biri Tacikistan, digəri isə Rusiya vətəndaşıdır. 

Xatırladaq ki, ötən gün İstanbul şəhərində yerləşən və tarixi italyan kilsəsi olan “Santa Maria”ya silahlı hücum olub və nəticədə 1 nəfər ölüb.

 

Əli Ağayev