İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail radikallar tərəfindən saxlanılan bütün girovlar azad edilənə və anklavda hakim HƏMAS hərəkatı məhv edilənə qədər Qəzza zolağında müharibəni davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Netanyahu ofisi bəyanat yayıb.

"Biz qələbəyə qədər mübarizə aparırıq. Müharibənin bütün məqsədlərinə çatana qədər dayandırmayacağıq: HƏMAS-ın ləğvi və bütün girovların azad edilməsi lazımdır", - bəyanatda bildirib.

"HƏMAS-a təklif etdiyim seçim çox sadədir: ya təslim ol, ya da öl", - deyə baş nazir qeyd edib.