"Başladıq, qalib gələcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabındakı paylaşımında İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatların görüntülərini paylaşıb.

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada İsrail Hərbi Hava Qüvvələrinin bu gün Qəzza zolağında əhatəli hücumlar təşkil etdiyi və təkcə son 3 saatda onlarla təyyarənin 130-a yaxın hədəfə hücum etdiyini bildirib.