İsrail nümayəndə heyəti Qəzza zolağının cənubundan şimala 60 mindən çox məcburi köçkünün tədricən geri qaytarılması təklifini irəli sürür.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata əsasən, müvafiq mövqe HƏMAS hərəkatı ilə girovların azad edilməsi və anklavda atəşkəslə bağlı keçirilən görüşlərdə müəyyən edilib.

Belə ki, İsrail tərəfi bildirib ki, atəşkəs başlayandan 2 həftə sonra gündə 2 min vətəndaş şimal zonaya qaytarılsın.

 

Gözəl Həşimova