Oktyabrın 7-də HƏMAS qruplaşması ilə müharibə başlayandan bəri İsraildə təxminən 46 min insan işdən çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Əmək Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailin ötən ay 350 min nəfəri Qəzza zolağı və Livan sərhədinə ehtiyat hərbi xidmətə göndərməsi də işçi qüvvəsinə mənfi təsir göstərir.

Bildirilib ki, İsraildə çalışan təxminən 140 min fələstinli işçi bu siyahıya daxil deyil.

 

Gözəl Həşimova