"İsrail Xarici İşlər Nazirliyi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə nümayəndələrinin bütün görüşlərini ləğv edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailə hücumunda agentliyin bir neçə əməkdaşının iştirakı ilə bağlı şübhələrə görə UNRWA rəhbərinin istefasını tələb edən xarici işlər naziri İsrail Katz deyib.

"Mən indicə Çərşənbə günü UNRWA-nın rəhbəri Filip Lazzarini ilə İsrail Xarici İşlər Nazirliyinin rəsmiləri arasında görüşləri ləğv etdim. UNRWA-nın əməkdaşları 7 oktyabr qətliamında iştirak ediblər. Lazzarini özü nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır", - Katz "X" səhifəsində yazıb.