İsrail hakimiyyəti dünyada antisemitizmin artması səbəbindən öz vətəndaşlarına xaricdə olarkən diqqətli olmağı tövsiyə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi dünyada antisemitizm təzahürlərinin artması və israillilərə və yəhudilərə qarşı zorakılıq hallarının artması ilə əlaqədar əhalini xaricə səyahət edərkən xüsusi diqqətli olmağa çağırır", - bəyanatda qeyd edilib.