İsrail ordusu Qəzzanın şimalındakı sakinlərin təhlükəsiz təxliyəsi üçün üç saat vaxt verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Qəzzanın şimalındakı sakinlərin cənuba təhlükəsiz təxliyəsi üçün üç saat vaxt ayırıb. Belə ki, İsrail Qəzzanın şimalı ilə cənubu arasında olan Salahəddin yolunda yerli vaxtla saat 13:00-16:00 arasında insanların təxliyəsinə icazə verəcək.

 

Gözəl Həşimova