İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha 8 əsgərin öldüyünü bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, onların hamısı son 24 saat ərzində Fələstin anklavının mərkəzi hissəsində baş verən qarşıdurmalar zamanı həlak olub.

Bundan əvvəl ordu şənbə günü beş əsgərin öldüyü barədə məlumat vermişdi.

Beləliklə, yeni məlumatlar nəzərə alınmaqla Qəzza zolağında quru əməliyyatı zamanı hərbçilərin itkilərinin sayı 152-yə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan əsgər və zabitlərin ümumi sayı artıq 485 olub.