İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə cənub sərhədinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"a istinadən xəbər verir.

Məlumata görə, İsrail Qəzzada oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən dağıdılmış sərhəd hasarına nəzarəti yenidən bərpa edib.

Bildirilib ki, oktyabrın 9-dan bəri Qəzza zolağından heç kəs İsrail tərəfə keçməyib.

 

Gözəl Həşimova