İsrail prezidenti İsaak Hersoq Qəzza zolağına gündə 125 TIR-dan çox humanitar yardımın çatdırılmasının mümkünsüzlüyündə BMT-ni günahlandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, o, Fransa Senatının (parlamentin yuxarı palatası) sədri Jerar Larşe ilə görüşdə müvafiq bəyanatla çıxış edib.

"Təəssüf ki, BMT-nin qəti uğursuzluğu ucbatından onlar gündə 125 yük maşınından artıq Qəzza zolağına humanitar yardım gətirə bilmirlər. Yəni, bu gün Qəzzaya üç dəfə çox humanitar yardım göstərmək mümkün olardı. BMT bütün günü şikayət etmək əvəzinə öz işini görmür", - deyə Hersoqun ofisi bildirib.

Departament əlavə edib ki, görüş Hersoqun Qüdsdəki iqamətgahında baş tutub.