"İsrail ordusu Qəzza zolağında HƏMAS təşkilatının silahlı tərəfdarlarına qarşı şiddətli döyüşləri davam etdirir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son saatlarda 130-dan çox silahlı məhv edilib.

"Son bir neçə saat ərzində 130-dan çox terrorçu öldürülüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı zamanı terrorçuların infrastrukturunu məhv edir", - ordu əlavə edib.