İsrail hərbçiləri minaatan atəşinə cavab olaraq Livanda yerləşən Hizbullah təşkilatının silah anbarlarından birinə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələrinin Ərəb əl-Aramşa bölgəsindəki (Livan sərhədi yaxınlığındakı İsrail yaşayış məntəqəsi – red.) postunun minaatanlardan atəşə tutulmasına cavab olaraq, hərbçilər bu yaxınlarda Hizbullahın silah anbarına hücum ediblər", - məlumatda deyilir.

Bundan əlavə, İsrail hərbçiləri Livan ərazisindən Tel-Hay və Kiryat Şmona sərhəd yaşayış məntəqələri istiqamətində, həmçinin Ştula kəndi yaxınlığındakı ordu postuna mərmilərin atılmasını qeydə alıb: "Cavab olaraq müdafiə ordusu Livandakı hücum mənbələrinə zərbələr endirib".