"HƏMAS ilə müharibənin məqsədi Qərb sivilizasiyasını xilas etməkdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq bildirib.

"Bu, həqiqətən də Qərb sivilizasiyasını xilas etmək, cihadçı şəbəkənin hücumuna məruz qalan Qərb sivilizasiyasının dəyərlərini xilas etmək üçün nəzərdə tutulmuş bir müharibədir. Hər şeyi bütün dünya naminə edirik", - Hersoq ona ünvanlanan mülki əhali ölümləri ilə bağlı sualları cavablayarkən qeyd edib. 

Hersoq həmçinin vurğulayıb ki, İsrail rəsmiləri mülki şəxslərə xəbərdarlıq edir və onlardan təhlükəsiz ərazilərə təxliyə olunmasını xahiş edir.

Bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qəzza zolağında təhlükəsiz yer qalmadığını, hətta BMT bayrağı altında sığınacaqların da hücuma məruz qaldığını bildirmişdi.