İsrail hakimiyyəti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma – dördüncü həddə çatdırıb və bu bölgəyə səyahətdən çəkinməyi qətiyyətlə tövsiyə edib, oradakı vətəndaşlara bölgəni tərk etməyi tövsiyə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) və ölkənin Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

"Dünən gecə Mahaçqala hava limanında baş verən hadisələrdən sonra, həmçinin Dəmir Qılınclar Müharibəsi fonunda İsrail/yəhudi hədəflərinə qarşı mümkün hücumlar, iğtişaşlar və zorakılıq qorxusu artır. İsrail Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi regiona səyahət xəbərdarlığını ən yüksək həyəcan səviyyəsinə, 4-cü səviyyəyə artırmaqla yeniləyir", - məlumatda deyilir.