İsraildə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 66%-i Baş nazir Benyamin Netanyahunun müharibədən sonra istefa verməsini istəyir.

Bu barədə İqtisadiyyat.az "Ynetnews"a istinadən xəbər verir.

Sözügedən sorğuya görə, respondentlərin 66%-i Netanyahunun müharibədən sonra istefa verməsini, 64%-i isə müharibədən sonra İsrail parlamentinin buraxılmasını və ümumi seçkilərin keçirilməsini istəyir. Sorğuda 18 yaşdan yuxarı 1442 nəfər iştirak edib.

 

Gözəl Həşimova