Bu gün, aprelin 1-də İrəvanda faciəli hadisə baş verib. Saat 19:30 radələrində İrəvan şəhərinin 14 saylı təcili tibbi yardım briqadasının növbətçi həkimi Ayrapetyan Ermənistan Daxili İşlər Nazirliyinin Ərəbkir polis idarəsinə xəbər verib ki, Aram Xaçatryan 8-ci binanın həyətinə gedib, orada kişi meyiti olduğunu görüb. Meyit "Volkswagen" markalı avtomobildə aşkar edilib.

İqtisadiyyat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Şamşyanın sözlərinə görə, polis və müstəntiqlər sözügedən binanın həyətində "Volkswagen Touareg" markalı avtomobilin sürücü oturacağında 67 yaşlı Rusiya vətəndaşı Lüdviq H.-nin meyitini aşkar ediblər.

Ekspertizanın ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı istintaq şöbəsində cinayət işi başlanıb.

Müstəntiqin qərarı ilə meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.