İraqın Baş naziri Məhəmməd əs-Sudani Rusiyanın paytaxtı Moskvaya səfər edib.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Bildirilib ki, Moskvada “Vnukovo-2” hava limanında onu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xaric işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev qarşılayıblar.

Məlumata görə, nazir bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

 

Gözəl Həşimova