İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankaraya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Abdullahian bu gün Türkiyənin yüksək rəsmiləri ilə görüşərək Fələstində baş verən hadisələr və Qəzzadakı vəziyyəti müzakirə edəcək.