İran hakimiyyəti ölkənin şimalında yerləşən Gülistan əyalətində Hirkani adlı yeni neft yatağı kəşf edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi məlumat verib.

Onun sözlərinə görə, neft yatağının ehtiyatları ən azı 27 milyon barel təşkil edir. Bildirilib ki, yeni neft yatağı 3 min metr dərinlikdədir.

Qeyd edək ki, İran dünya neft ehtiyatlarının 13%-dən çoxunu ehtiva edir. OPEC-in məlumatına görə, ölkənin ehtiyatları ən azı 208,6 milyard barel təşkil edir.

 

Gözəl Həşimova