İranın şərqindəki Cənubi Xorasan əyalətində 5 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12.43-də qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

 

Gözəl Həşimova