İran uranın zənginləşdirilməsi sürətini 60%-ə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatında deyilir.

Məlumata görə, söhbət "Natanz" və "Fordo"da yerləşən iki nüvə obyektindən gedir. Belə ki, İran noyabrın sonundan etibarən uranın zənginləşdirilməsi sürətini artırmağa başlayıb.

MAQATE-nin açıqlamasına görə, silah istehsal etmək üçün uranın 90%-ə qədər zənginləşdirilməsi lazımdır.

 

Gözəl Həşimova