İran hakimiyyəti İsrailin respublikanın Dəməşqdəki konsulluğuna hücumuna cavab vermək hüququnu özündə saxlayır və "təcavüzkarın necə cəzalandırılacağını" müəyyənləşdirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalında yayımlanan bəyanatda deyilir: "İran cavab tədbirləri görmək hüququnu saxlamaqla, təcavüzkara reaksiya və cəza barədə özü qərar verəcək".