İran prezidenti İbrahim Rəisi bildirib ki, ölkə hökumətinə qarşı etirazlara qulaq asmaq lazımdır.

Bu barədə o, Tələbə Günü münasibətilə Tehran Universitetində keçirilən tədbirdəki çıxışında deyib:

“Bu gün diktator deyirlər, diktator kimdir? ABŞ güclü İran istəmir. Onların işğal etdikləri Əfqanıstan, Suriya, Liviya kimi ölkədədir. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-a imkan verməyəcək”

Etiraz və üsyan arasında fərq olduğunu deyən Rəisi daha sonra əlavə edib ki, "Etirazçılar konstruktiv, üsyan dağıdıcıdır. Etirazlara qulaq asmaq lazımdır".